Saakaşvilini aldadıb xəstəxanaya belə gətirdilər – VİDEObackend

Saakaşvilini aldadıb xəstəxanaya belə gətirdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin türmə xəstəxanasına gətirilməsinin görüntüləri yayılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, görüntülər Gürcüstanın ədliyyə naziri Rati Breqadze tərəfindən keçirilən brifinqdə təqdim olunub.

Breqadze Saakaşvilinin türmə həbsxanasına gətirilərkən ona qarşı qeyri-insani münasibətlərə yol verildiyini təkzib edib.

“Bu, böyük yalandır. Təcili yardım maşını binanın qapısının ağzında dayandı. Məhbus özü əməkdaşlarımızın qanuni tələblərinə tabe olmadı və onları təhqir etdi”, – deyə nazir bildirib.

Qeyd edək ki, Saakaşviliyə mülki xəstəxanaya köçürüldüyü bildirilib və o, əşyalarını özü yığaraq maşına minib. Mənzil başına çatanda isə türmə xəstəxanasına gətirildiyini görərək, etiraz edib, təcili yardım maşınından düşmək istəməyib. Bu zaman isə onu zorla düşürüb aparıblar.