Saatlı-Musalı-Məzrəli avtomobil yolu yararsız vəziyyətdə – VİDEObackend

Saatlı-Musalı-Məzrəli avtomobil yolu yararsız vəziyyətdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asfalt deformasiyaya uğrayıb, çuxurlar əmələ gəlib. Çatlar yaranıb, bəzi hissələrdə çökmələr və qabarmalar baş verib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bura Saatlı və İmişli rayonlarını birləşdirən ən qısa yoldur. Ona görə də sürücülər aktiv şəkildə istifadə edirlər. Həm minik həm də yük maşınları gedib-gəlir. Sakinlər deyirlər ki, yol bu qədər aktiv hərəkətə tab gətirmir.

Sakinlər bildirirlər ki, əsas çətinliklərdən biri də odur ki, yolun qəzalı olması səbəbindən yetişdirdikləri kənd təsərrüfatı məhsulları üçün alıcı cəlb edə bilmirlər.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, yolun qəzalı vəziyyətdə olmasından məlumatlıdırlar. Onun “regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilməsi məqsədilə müvafiq tədbirlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda layihə çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir.

Vəsait ayrıldıqdan sonra agentlik avtomobil yolunun yenidən qurulması işlərini aparacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.