Sabah bu ərazilərdə qaz olmayacaqbackend

Sabah bu ərazilərdə qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xırdalan” QPS-də “BMSK(Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.