Sabah bu kəndlərdə qaz olmayacaqbackend

Sabah bu kəndlərdə qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Masallı rayonunun 4 kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Masallı rayonunun Bambaşı kəndində diametri 273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır.