Sabirabadda azyaşlı 3-cü mərtəbədən yıxıldıbackend

Sabirabadda azyaşlı 3-cü mərtəbədən yıxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Sabirabad şəhəri İ.Qayıbov küçəsində qeydə alınıb.

Sabirabad şəhər sakini, 2019-cu il təvəllüdlü Cəfərzadə Mirəli Miryaqub oğlu beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.

Azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əməliyyata götürülüb. /apa