Sabirabadda qadın iynədən şoka düşərək ölübbackend

Sabirabadda qadın iynədən şoka düşərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumları bildiriblər ki, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.