Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar varbackend

Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.

NOCOMMENT.az-ın Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.