Şabranda qanunsuz ov edənlər saxlanıldılarbackend

Şabranda qanunsuz ov edənlər saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.