9 mərtəbəli 2 binanın köhnə liftlərinin yenilənməsi işlərinin uzanması sakinləri çətin vəziyyətdə qoyub… Sakinlər deyirlər ki, binalardakı 9 liftdə təmir işləri aylardır bitmək bilmir…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Sakit Qocayev 25 və 25-a ünvanlarında yerləşən binaların sakinləri üzləşdikləri problemlə bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.
Sakinlər deyirlər ki, yaşlılarımız pilləkənləri çıxıb-düşə bilmədikləri üçün evdə qalırlar. İşlərin uzanması sakinlərin səbrini bir az da tükədir:
Məsələ ilə bağlı Bakı Lift Təmir İstehsalat Birliyindən “Xəzər Xəbər”ə bildirildi ki, işlər yekunlaşmaq üzrədir. Belə ki, 25 və 25 a nömrəli binalarda 3 lift bu həftə, qalan 6 lift isə növbəti həftənin sonunda təhvil veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













