Sabunçuda dəhşətli qətl – SAXLANILAN VARbackend

Sabunçuda dəhşətli qətl – SAXLANILAN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az -a bildirilib ki, martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.