Oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.