“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə istirahət fotolarını paylaşıb.
NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, Boluda göl kənarında dincələn müğənninin yayımladığı fotolarda həyat yoldaşı Fərhad Əliyev, oğulları Natiq və İsgəndər, qızı Aişə yer alıblar.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.



























