Dünya Sağlamlıq Təşkilatı istehlak etdiyimiz bəzi qidaların zərərini siqaretin insana vurduğu zərərlə eyni olduğunu açıqlayıb. Məlumata görə bu tip qidalar hətta xərçəngə səbəb ola bilər.
NOCOMMENT.az həmin qidaları sizə təqdim edir:
İşlənmiş ət məhsulları
Mütəxəssislər bildirirlər ki, gündəlik menyumuzda tez-tez istifadə etdiyimiz kolbasa və sosiska xərçəngə yaxalanma riskini 20% artırır.
Palma yağı
Araşdırmalara görə palma yağı xərçəng hüceyrələrinin orqanizmdə yayılmasını təxminən 10 dəfə artırır. Tərkibində palma yağı olan qidalardan uzaq durmağınız məsləhət görülür.
Fruktoza əsaslı şəkərlər
Xərçəng hüceyrələrini artıran qidalardan biri də tərkibində fruktoza olan qidalardır. Bu qidaları həyatınızdan çıxarmaqla daha sağlıqlı bir orqanizmə sahib ola bilərsiniz.
Mütəxəssislər həmçinin, gündəlik şəkər ehtiyacını ödəmək üçün miqdarını aşmadan doşab, xurma və əncir kimi qidalara üstünlük verməyi məsləhət görürlər.












