Moldova hakimiyyəti ölkə daxilində enerji və su təsərrüfatı sahələrini əhatə edən bir ay müddətinə xüsusi rejim qüvvəyə mindirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Radio Moldova" məlumat yayıb. Qeyd edib kilib ki, tətbiq olunan bu xüsusi rejim idxal prosedurlarının sadələşdirilməsinə, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə və sərhəddə "yaşıl dəhlizlər"in yaradılmasına şərait yaradır. Eyni zamanda, daxili ehtiyatlar müəyyən edilmiş minimum səviyyədən aşağı düşdükdə yanacaq ixracının məhdudlaşdırılmasına imkan verir.
Moldovanın Baş naziri Vasile Tofan bildirib ki, görülən bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və kənd təsərrüfatı mövsümünün qızğın vaxtında yarana biləcək böhranın qarşısını almağa yönəlib. O əlavə edib ki, hökumət idxalın Qara və Aralıq dənizləri regionlarındakı digər neft emalı zavodlarına, o cümlədən Türkiyə və Bolqarıstana yönləndirilməsi imkanlarını nəzərdən keçirir, Qazaxıstandan tədarükün bərpası isə təxminən beş-yeddi gün vaxt ala bilər.
Baş nazirin sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsinə bir neçə böhran amili səbəb olub. Əsas səbəblərdən biri Qazaxıstandan Moldovanın əsas yanacaq tədarükçüsü olan Rumıniyanın "Petromidia" neft emalı zavoduna neft ixracında yaranan fasilələrdir. Bunlarla yanaşı, Yaxın Şərqdəki gərginlik dünya bazarında neftin qiymətinin artmasına təsir göstərib, quraqlıq və Dunay çayının dayazlaşması isə yanacağın Curculeşti limanına su yolu ilə daşınmasını çətinləşdirib.
Sara,











