Ekspertlər hipertoniya üçün ən xeyirli qidanı açıqlayıblar. Bildirilir ki, təzyiqi stabilləşdirən xurma hipertoniyadan əziyyət çəkənlər üçün olduqca faydalıdır.
NOCOMMENT.az xəbər verir ki, araşdırmalara görə xurma qan damarlarını gücləndirən və qan təzyiqini sabitləyən maddələrlə zəngindir. Eyni zamanda kalium və maqnezium tərkibli xurma ürək-damar xəstəlikləri üçün də faydalıdır.
Bundan başqa mütəxəssislər anemiyadan əziyyət çəkənlərə hər səhər bir stəkan xurma şirəsi içməyi və ya hər gün iki ədəd yeməyi məsləhət görürlər.












