Şahdağ Milli Parkının ərazisi YANIR – FOTObackend

Şahdağ Milli Parkının ərazisi YANIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonundakı meşə ərazisində yanğın başlayıb.

NOCOMMENT “Unikal”ın məlumatına görə bildirir ki, yanğın bu gün Şahdağ Milli Parkının İsmayıllının Xanagah kəndi ərazisindəki meşə sahəsində başlayıb və hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətinləşir. Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisənin baş vermə səbəbi hələ ki bilinmir.