Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə olunmur? – VİDEObackend

Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə olunmur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən binada yaşayan sakinlər bildirirlər ki, altı ildir mənzillərinə çıxarış ala bilmirlər.

NOCOMMENT.az xəbər verir ki, onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Sakinlər deyirlər ki, çıxarışın olmaması onların mülkiyyət hüquqlarının tam şəkildə rəsmiləşdirilməsinə mane olur və bu da gündəlik həyatlarında ciddi çətinliklər yaradır.

“Dövlət bilmir ki, 214 mənzildə yaşayan sakinlər quldurdurlar, ya kimdirlər”, “Övladım artıq məktəb yaşına çatıb, amma qeydiyyatım yoxdur deyə onu yaxın ərazidəki məktəbə qoya bilmirəm”, – deyə sakinlər narazılıqlarını bildiriblər./Baku Tv/