“Liverpul”-un aparıcı futbolçularından olan Məhəmməd Salah zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında “Kristal Pelas” ilə keçirilən görüşdə xəsarət alan hücumçunun vəziyyəti ilə bağlı Misir millisinin rəsmisi İbrahim Həsən açıqlama verib. Onun sözlərinə görə, 33 yaşlı futbolçunun dizaltı vətəri qopub və bərpa prosesi təxminən dörd həftə çəkəcək.
Bununla belə, Salahın qarşıdakı beynəlxalq turnirlərə qədər tam sağalaraq yaşıl meydanlara qayıdacağı gözlənilir. Onun çıxış etdiyi Misir yığması DÇ-2026-nın qrup mərhələsində Belçika, Yeni Zelandiya və İran milliləri ilə qarşılaşacaq.\\Milli.Az
Qeyd edək ki, ilk dəfə 48 komandanın iştirak edəcəyi FIFA Dünya Çempionatı 2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.










