Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcəkbackend

Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvarın 18-də Xızı rayonunda vətəndaşları qəbul edəcək.

NOCOMMENT Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.