Saleh Məmmədovun komandasına zərbə – əsas kadrları postlarını itirdibackend

Saleh Məmmədovun komandasına zərbə – əsas kadrları postlarını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri – Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır. Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub.

Sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir

Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib. (Demokrat)