Salyanda baş həkim və arvadı buna görə öldürülüb – Təfərrüatbackend

Salyanda baş həkim və arvadı buna görə öldürülüb – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonu Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib.

NOCOMMENT.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

Belə ki, evdən qızıl-zinət əşyaları oğurlanlb.

Məlumata görə, evə basqın edən şəxs və şəxslər İ.Məmmədovu iplə boğaraq öldürüb. İ.Məmmədovun üzərində zorakılıq izlərinin aşkarlandığı da bildirilib.

M.Məmmədova isə baş nahiyyəsindən aldığı zərbələrdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.