Salyanda körpə divandan yıxılaraq ölübbackend

Salyanda körpə divandan yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Məmmədəmin Əhmədzadə divandan yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, M.Əhmədzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Əhmədzadənin övladıdır. S.Əhmədzadə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə saxlanılmışdı. Bu iş üzrə təqsirləndirilən cəbhəçiyə dövlət ittihamçısı bu gün keçirilən məhkəmə iclasında 3 il 6 ay müddətinə şərti cəza istəyib.