Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 26.10.2025-ci il tarixində saat 03:00 radələrində 1 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
NOCOMMENT.az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Başın çapılmış yarası, sol dördüncü qabırğanın sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.
***08:41Samuxda yol qəzası olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə rayonun Hacılı kəndi ərazisindən baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq su arxına düşüb. Qəza zamanı 1980 ci il təvəllüdlü Mirzəli Qəribov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır .













