Sanksiyaların Rusiyaya ziyanı: 50 milyard artıq qazandıbackend

Sanksiyaların Rusiyaya ziyanı: 50 milyard artıq qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Rusiya digər ölkələrə neft, qaz və kömür tədarükündən 187 milyard dollar qazanıb. Bu da antirusiya sanksiyaları tətbiq etməzdən əvvəl Avropa ölkələrinə ixrac edilən orta göstəricidən 56 milyard dollar çoxdur.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Rusiyaya sanksiyalar tətbiq olunana qədər Avropa Birliyinin 27 ölkəsi ondan hər il orta hesabla 102,5 milyard dollarlıq karbohidrogen alırdısa, ötən il bu rəqəm cəmi 31,6 milyard dollar təşkil edib. Nəticədə bu ölkələrə tədarükdən itirilmiş gəlirlərin həcmi 70,9 milyard dollar olub. Ötən il Türkiyə, Çin, Hindistan, Braziliya, İndoneziya və Malayziya kimi ölkələrə tədarükün ümumi həcmi 2019-2021-ci illər üçün orta hesabla 59,9 milyard dollara qarşı 186,7 milyard dollar təşkil edib. Yəni Rusiya bu sahələrdə əlavə 126,8 milyard dollar qazanıb ki, bu da AB ölkələrinə tədarükdən itirdiyi mənfəətdən 56 milyard dollar çoxdur”, – məlumatda deyilir.