Sarkisyan: İbrahim görüşlərə başlayıb, erməni səfir isə…backend

Sarkisyan: İbrahim görüşlərə başlayıb, erməni səfir isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ABŞ-dakı yeni səfiri Lilit Makunts erməni icması ilə heç bir görüş təşkil etməyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı erməni politoloq Suren Sarkisyan yayıb.

“Ermənistan və Azərbaycan təxminən eyni vaxtda ABŞ-a yeni səfirlər göndərib. Azərbaycan səfiri hətta öz imicini belə dəyişib. Azərbaycanın Ankaradakı keçmiş səfiri artıq Vaşinqtonda akkreditasiya olunmuş onlarla səfir və digər xadimlərlə görüş keçirib. Səfir Xəzər İbrahim Vaşinqtonla çox yaxşı tanışdır. O, ABŞ-da işləyib və təhsil alıb. O, diplomatiyada ağır çəkililərdən biridir və aydındır ki, Ankara və ya Vaşinqtona hər kəsi səfir təyin etmirlər. İndi İbrahim ABŞ-a gəlib və bizə qarşı türk lobbistlərlə aktiv işləyəcək. O, həmçinin ABŞ-dakı Azərbaycan icmasının potensialının səfərbərliyi üçün görüşlər keçirməyə başlayır.

Bizim Vaşinqtondakı yeni səfirimiz isə cəmi bir görüş keçirib, eləcə də sosial şəbəkələrdə səfirliyin səhifələrində şərh bölümünü qapadıb. Səfir Lilit Makunts icmaya müraciət etməyib, ABŞ-ın müxtəlif şəhərlərindəki erməni icması ilə heç bir görüş keçirməyib”, – deyə o bildirib.