“Öz gönünü xilas etmək üçün başqalarına böhtan atmaq sadəcə olaraq əxlaqsızlıqdır”.
NOCOMMENT.az “Hraparak”a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sarkisyan deyib.
O, Qarabağ danışıqları ilə bağlı Nikol Paşinyanın əvvəlki dövlət başçılarına qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib:
“Psixoloqlar deyirlər ki, yalançılar sonda elə bir məqama çatırlar ki, öz yalanlarına inanmağa başlayırlar. Amma bir ümidverici hal var: onlar da deyirlər ki, bu, yalanın son mərhələsidir. Ümid edirəm ki, son mərhələdəyik”.