Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hetq.am bu cür əməliyyatlarla məşğul olan “Henley and Partners” şirkətindən ona daxil olan sənədlərə əsasən, məlumat yayıb. Bildirilir ki, Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.
Belə ki, qanuna əsasən, yalnız son 6 ildə Ermənistan vətəndaşı olan şəxs ölkə prezidenti seçilə bilər və Sarkisyan bu posta 2018-ci il martın 2-də seçilib. Bu il yanvarın 23-də istefa verdikdən bir gün sonra onun Sent-Kits və Nevisin vətəndaşı olduğu üzə çıxıb.