Şarmazanov: Onlar Türkiyə-Azərbaycan tandeminin tələblərini yerinə yetirirlərbackend

Şarmazanov: Onlar Türkiyə-Azərbaycan tandeminin tələblərini yerinə yetirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ermənistanda danışıqlar aparan tərəfin ətrafında ajiotaj var. Nikol Paşinyan Baş nazirdirsə, danışıqlarda kimin iştirak edəcəyinin heç bir əhəmiyyəti yoxdur. Bu danışıqların lideri Paşinyanın siyasətini həyata keçirməli, onun əmrlərini yerinə yetirməlidir”

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

O qeyd edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmanın hansı sonluqla bitəcəyi indidən məlumdur: “Ermənistanın indiki hakimiyyəti bu siyasətlə bütün mübarizəsini məhv edir, Ermənistanla diaspor arasında uçurum yaradır:

Bundan əlavə, diz çökmüş adamın psixologiyası ilə danışıqlar aparırlar. Reallıqda Türkiyə-Azərbaycan tandeminin tələblərini yerinə yetirirlər”.