Saxlanılan rəis müavini HƏBS EDİLDİbackend

Saxlanılan rəis müavini HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Basmannı məhkəməsi Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin rəis müavini Rüfət İsmayılovu ümumi məbləği 1,3 milyon rubl rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə yanvarın 2-dək həbs edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

“Məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və İsmayılov barəsində 2024-cü il yanvarın 2-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, – məhkəmə qərarında deyilir.