Saxlanılan rəis müavininə qarşı cinayət işi açıldıbackend

Saxlanılan rəis müavininə qarşı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan Respublikası daxili işlər nazirinin müavini Rüfət İsmayılov və onun müavininə qarşı xüsusilə külli miqdarda rüşvətxorluq maddəsi ilə cinayət işi başlanıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Dağıstan Respublikası daxili işlər nazirinin müavini – Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki R.İ.İsmayılov barəsində külli miqdarda rüşvət vermə və alma maddəsi ilə cinayət işi açılıb. ”, – deyə məlumatda bildirilir.

İdarədən verilən məlumata görə, cinayət işi ilə məşğul olan digər şəxs Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin rəis müavini Abdulqapurov D.K.-dır.Hər ikisi cinayət işinin istintaqı çərçivəsində saxlanılıb .