Saxlanılıb Bakıya gətirilən separatçılara ailələri bağlama göndəribbackend

Saxlanılıb Bakıya gətirilən separatçılara ailələri bağlama göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:

“Biz həmçinin onlara ailələrindən bağlamalar da çatdırdıq. Aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur.

Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “rəhbərləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.