Səfir: Rusiya və Çin təhdidlərə ‘ikiqat reaksiya’ ilə cavab verəcəklərbackend

Səfir: Rusiya və Çin təhdidlərə ‘ikiqat reaksiya’ ilə cavab verəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Çin gələn il Qərb ölkələrinin “ikiqat qadağasına” qarşı çıxmalı olacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiyanın Çindəki səfiri İqor Morqulov RİA Novosti ilə söhbətində bildirib.

“Beynəlxalq arenada ölkələrimiz Qərbin Rusiya və Çinə qarşı həyata keçirməyə çalışdığı “ikiqat qadağa”ya “ikiqat müqavimət”lə cavab verməkdə davam etməli olacaqlar”, – səfir hesab edir.

Morqulov qeyd edib ki, qarşıdan gələn il hər iki ölkə üçün İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunması ilə əlamətdar olacaq.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Çin Xalq Respublikası həmin illərdə ən böyük itkilərə məruz qalıb, alman faşizminin və yapon militarizminin darmadağın edilməsinə həlledici töhfə verib. Diplomat əlavə edib ki, Moskva və Pekin tarixi yaddaşın qorunmasında və tarixin yenidən yazılmasının qarşısını almaqda həmrəydirlər.