Səfirlik işçiləri Kiyevə qayıdıblar, səfir isə hələ Bakıdadırbackend

Səfirlik işçiləri Kiyevə qayıdıblar, səfir isə hələ Bakıdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan sonra Azərbaycanın Kiyevdəki səfirliyində çalışan diplomatların bəziləri təhlükəsizliklə əlaqədar Bakıya gəlmişdilər.

NOCOMMENT xəbər verir ki, modern-in əldə etdiyi məlumata görə, artıq onlardan bir neçəsi Ukraynaya qayıdaraq xidməti vəzifələrinin icrasına başlayıb.

Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi əvvəlki məhdud çərçivədə fəaliyyətini həyata keçirir. Son günlər səfirlikdə Ukraynanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın sənəd problemləri və digər məsələlərlə bağlı müraciətləri qeydə alınmaqdadır.

Səfir Elmira Axundovanın isə hələ də geri qayıtmadığı bildirilir. Məlumata görə, o, hazırda Bakıdadır. Xanım diplomatın Kiyevə nə zaman dönəcəyi bəlli deyil.

E.Axundova artıq səkkiz aydır ki, diplomatik fəaliyyətini Azərbaycandan davam etdirir. O, Bakıya qayıtmasını səhhətində yaranmış problemlə əlaqələndirmişdi.