Səfirlik İspaniyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdibackend

Səfirlik İspaniyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 2024-cü il fevralın 7-də təyin olunan növbədənkənar prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə diplomatik nümayəndəlik və konsulluqlarda hazırlıq işləri görülür.

“Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Prezident seçkilərində iştirak etmək istəyən, İspaniya Krallığı və Andorra Knyazlığında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddəlti ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur:

Telefon: 917 489 776 / 779 Elektron poçt: [email protected] / [email protected] Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı,adı,atasının adı), doğulduğu tarix (il,ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır”, – səfirlikdən bildirilib.