Slovakiyada prezident seçkilərinin İKİNCİ TURUbackend

Slovakiyada prezident seçkilərinin İKİNCİ TURU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7-də açılıb.

Ümumilikdə, 5,5 milyon əhalisi olan ölkənin 4,3 milyona yaxın sakini səsvermə hüququna malikdir. Seçicilər yaxın beş ildə Slovakiyanı kimin idarə edəcəyini müəyyənləşdirməlidirlər.

Slovakiya parlamentinin spikeri, “Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini və keçmiş xarici işlər naziri İvan Korçok ikinci tura keçiblər. Onların 7 rəqibi martın 23-də keçirilən səsvermənin ilk turunda mübarizədən kənarda qalıblar.