Ağır qəza: ölən və yaralananlar var – kimliyi məlum oldu – FOTOLAR / VİDEObackend

Ağır qəza: ölən və yaralananlar var – kimliyi məlum oldu / FOTOLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28.10.2025-ci il tarixində saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.

***10:10

Gəncədə iki minik maşını toqquşması zamanı ölən şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, ölən şəxs “FİAT DOBLO”nun sərnişini 1953-cü il təvəllüdlü O.Süleymanovdur.

***08:58

Gəncədə qəza olub.

NOCOMMENT.AZ -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.