Şəhərin mərkəzində qanunsuz parklanma: “Buranı özbaşına açmışam” – VİDEObackend

Şəhərin mərkəzində qanunsuz parklanma: “Buranı özbaşına açmışam” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində yolun kənarındakı qapalı bir ərazidə qanunsuz parklanma yeri təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, Baku TV həmin ərazidə çəkiliş aparıb. Çəkiliş zamanı qanunsuz parklanma yerinin nəzarətçisi oranı icazəsiz açdığını etiraf edib.

“Buranı özbaşına açmışam, hamı edə bilməz. Ərazi mənimdir, müvəqqəti parklanma xidməti təşkil etmişəm. Burada tikinti işləri aparılacaq. O zaman ərazidən çıxacağıq”, – o söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Qanunsuz parklanma yeri təşkil edən şəxslərlə profilaktik iş aparılmaqla onlar barəsində qanunauyğun tədbir görülüb. Qeyd edək ki, parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ durumların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən və sözügedən xidməti göstərən, həmçinin bununla bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.