Şəhid və qazilərin övladlarına velosiped hədiyyəsibackend

Şəhid və qazilərin övladlarına velosiped hədiyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyəsi olan velosipedlər Qaziantep şəhid və qazilərinin övladlarına paylanmağa başlayıb.

NOCOMMENT xəbər verir ki, Qaziantep Valiliyindən verilən açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğanın 21 May bazar günü Qaziantep ziyarəti zamanı şəhid və qazi övladlarına hədiyyə etdiyi velosipedlər paylanılır.

Göndərilən velosipedlər Qaziantep Qubernatorluğunun koordinasiyasında Ailə Sosial Xidmətləri İl Müdirliyi və Kaymakamlıqlar tərəfindən il və rayonlarda 495 şəhid və qazi uşağa hədiyyə olaraq verilir.

Gəncləri və uşaqları idmana, sağlam həyata həvəsləndirmək məqsədilə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş velosipedlərin paylanması bu həftə başa çatdırılacaq.

Aldıqları hədiyyələrdən məmnun qaldıqlarını bildirən şəhid övladları və qazilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və dövlət rəsmilərinə təşəkkür ediblər.