Şəhidin dəfnində gülmələri müzakirələrə səbəb oldubackend

Şəhidin dəfnində gülmələri müzakirələrə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğlada şəhid Emrah Kuranın dəfnində çəkilən görüntülər birmənalı qarşılanmayıb. Belə ki, reaksiyalara səbəb olan görüntülərdə AKP-nin bələdiyyə sədrliyinə namizədi Aydın Ayaydın və CHP Milas bələdiyyə sədri Fevzi Topuzun gülüşləri əks olunub. 

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial mediada yayılan kadrlar tənqidlərlə üzləşib.

Aydın Ayaydın isə açıqlama verərək, gülüşünün ətrafındakı insanların dediyi bir zarafata “qısa refleks” olduğunu, bunun şəhidə hörmətsizlik kimi təqdim edilməsinin doğru olmadığını bildirib.

Hadisə 20 əsgərin şəhid olduğu təyyarə qəzası fonunda cəmiyyətdə ciddi rezonans doğurub.