Səhiyyə Nazirliyindən koronavirusla bağlı XƏBƏRDARLIQ: 1 yaşdan aşağı uşaqlar…backend

Səhiyyə Nazirliyindən koronavirusla bağlı XƏBƏRDARLIQ: 1 yaşdan aşağı uşaqlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur və xəstəliyi ağır keçirirlər”.

NOCOMMENT.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusunda çıxışında deyib.

O bildirib ki, körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur: “Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”. (Apa)