Azərbaycanda daha 417 nəfər koronavirusa yoluxdu, 602 nəfər sağaldı

Azərbaycanda daha 417 nəfər koronavirusa yoluxdu, 602 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər ölüb. 

NOCOMMENT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296, ötən müddət ərzində isə ümumilikdə 683 548 test aparılıb.