Həkim Cavid Paşayev koronavirusdan sağalıb, bu gün evə buraxılacaq

Həkim Cavid Paşayev koronavirusdan sağalıb, bu gün evə buraxılacaq

Hamımızın tanıdığı Cavid Paşayev ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxmuşdu.

NOCOMMENT.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva bildirib ki, bu gün onun müalicəsi artıq bitib: “O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.