Oqtay Şirəliyev üzə çıxdı, görüş keçirdi, tövsiyə etdi

Oqtay Şirəliyev üzə çıxdı, görüş keçirdi, tövsiyə etdi

Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən Azərbaycanda COVID-19-a qarşı cavab və müzakirə tədbirləri çərçivəsində qiymətləndirici missiya ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Missiya paytaxtla yanaşı, Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır. Səhiyyə naziri bu işlərə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin də iştirakını qonaqlara tövsiyə edib.