Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

NOCOMMENT.az xəbər verir ki, nazirlik tərəfindən paylaşılan məlumatda tanınmış həkimin vəfatı tibb ictimaiyyəti üçün ağır itki kimi qiymətləndirilib. Paylaşımın sonunda mərhuma Allahdan rəhmət dilənilib.
Sara,











