TƏBİB koronavirus testlərinin cavablarını səhv göndərdi – Yeni SMS gözləyin

TƏBİB koronavirus testlərinin cavablarını səhv göndərdi – Yeni SMS gözləyin

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olmuşdur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən NOCOMMENT.az-a verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.

Bildirilir ki, 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir:

“Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.