Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumatına görə, Zara İbrahimzadə qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi təyin edilib. O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktor müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi. (Manşet.az)












