Səhiyyənin Təminat Mərkəzinin 69 minlik çap tenderi ləğv olundu – Nəzarət orqanı müdaxilə etdibackend

Səhiyyənin Təminat Mərkəzinin 69 minlik çap tenderi ləğv olundu – Nəzarət orqanı müdaxilə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin mətbəə və çap məhsullarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, 69.325 manat dəyərində nəzərdə tutulan bu satınalma üzrə qərar nəzarət orqanının müdaxiləsi ilə dəyişdirilib. Bildirilir ki, müvafiq orqanın qərarı əsasında müsabiqənin ləğv olunaraq yenidən keçirilməsi qərara alınıb.

Tender çərçivəsində bloknot, ajanda, hədiyyəlik çanta, təbrik qovluğu, karandaş, konvert, açıqca və digər çap məhsullarının satın alınması planlaşdırılırdı. Lakin prosesin hansı səbəbdən yenidən təşkil ediləcəyi açıqlanmasa da, bu cür hallar adətən sənədlərdə uyğunsuzluq, prosedur pozuntusu və ya şikayətlərlə əlaqələndirilir.