Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə aralarındakı soyuqluqdan söz açıb.
NOCOMMENT.az YeniSabah.az-a istinadən xəbər verir ki, “İncə səhər” proqramına danışarkən məsələni detallı açıqlamasa da, incikliyinin kökündə Niyamın dayandığını vurğulayıb:
“Niyamla uzun illər bir-birimizin yanında olmuşuq. Elə şeylər yaşamışıq ki, onları yalnız ikimiz anlayırıq. Onun evində neçə dəfə bir süfrənin arxasında oturmuşuq. Bir dəfə ona nəsə demək istədim, amma alınmadı. Mən də əsəbiləşib kənara çəkildim. Bəzən elə sözlər, davranışlar olur ki, əsəblərimə toxunur. Hətta əsəbdən onu izlədiyim siyahıdan da silmişdim. Bunun səbəbini özü çox yaxşı bilir. ‘Xəbərim yoxdur’ deməsi doğru deyil. Sadəcə, danışmaq istəmir. Niyam, xahiş edirəm, düzünü de… Sənə lazım olanda özün mənə zəng edirsən”.













