Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan edilmiş İT avadanlıqlarının satın alınması ilə bağlı tender baş tutmamış hesab edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğvinə səbəb iştirakçıların sayının qanunvericiliklə müəyyən edilən minimum həddən az olması olub.
Rəsmi məlumata əsasən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə uyğun olaraq, müsabiqəyə təklif verən malgöndərənlərin sayı üçdən az olduğuna görə satınalma prosedurunun tamamlanması mümkün olmayıb.
Satınalmanın ehtimal olunan dəyəri 7.776,20 (yeddi min yeddi yüz yetmiş altı manat 20 qəpik) təşkil edib.













