Şəkidə 13 yaşlı məktəbli niyə vəfat edib?backend

Şəkidə 13 yaşlı məktəbli niyə vəfat edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəkidə 13 yaşlı yeniyetmənin xəstəxanada vəfat etməsi barədə açıqlama verib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, ötən gün saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub:

“Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb”.

Bildirilib ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb.

Qeyd edək ki, dünən Şəkidə dünən 2011-ci il təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. O, orada vəfat edib.